İraq parlamentinə erkən seçkilərin keçiriləcəyi vaxt açıqlanıb

İraq parlamentinə erkən seçkilərin keçiriləcəyi vaxt açıqlanıb

İraq Nümayəndələr Məclisinə erkən seçkilər 2021-ci il iyunun 6-na təyin edilib.
 
Maide.Az xəbər verir ki, bunu baş nazir Mustafa Əl-Kazimi açıqlayıb.
 
Onun sözlərinə görə, seçkilərin uğurlu və şəffaf keçirilməsi üçün lazımi addımlar atılacaq.
 
Xatırladaq ki, erkən seçkilərin keçirilməsi 2019-cu ilin oktyabr ayından bəri ölkədə etiraz edənlərin əsas tələblərindən biri idi və hakimiyyət bunu yerinə yetirəcəyinə söz vermişdi.
 
Qeyd edək ki, İraqda son parlament seçkiləri 2018-ci ilin may ayında baş tutub. Növbəti seçkilər isə 2022-ci ilin mayında keçirilməli idi.
 

Google+ WhatsApp ok.ru