İraq parlamentinin vitse-spikeri: ‘ABŞ İraqı dərhal tərk etsin’

İraq parlamentinin vitse-spikeri: ‘ABŞ İraqı dərhal tərk etsin’

İraq parlamentinin vitse-spikeri ABŞ səfirliyinin mütəmadi İraqın daxili işlərinə müdaxilə etməsinə reaksiya verərək, Vaşinqtonun tez bir zamanda qüvvələrini İraqdan çıxarmalı olduğunu söyləyib.
 
Həsən Kərim Əl-Kəbi ABŞ səfirliyinin İraqın daxili işlərinə müdaxiləsini şiddətlə qınayaraq, belə deyib: “ABŞ İraqda hiylə qurur”.
 
ABŞ-ın Bağdaddakı səfirliyi fevralın 5-i müdaxiləçi bir cəhdlə Nəcəf şəhərində etirazların yatırılmasına son qoyulmasını tələb etmişdi.
 
İraqın müxtəlif şəhərlərində, o cümlədən Nəcəfdə son aylarda dövlət xidmətlərinə, işsizlik və korrupsiya əleyhinə nümayişlər təşkil olundu. Həmin nümayişlər son həftələrdə onlarla insanın ölümünə və yaralanmasına səbəb olmaqla zorakılığa çevrildi.
 
Mövcud dəlillər İraqdakı nümayişlərin xalq tərəfindən edilmədiyini və əlaqələndirilmədiyini, xaricilərin müdaxiləsi ilə baş verdiyini göstərir.
 
İraqın Hizbullah briqadası isə bəyanatında, ABŞ, İsrail rejimi, o cümlədən Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri kimi bəzi ərəb rejimlərinin, Bağdadın siyasətinə qarşı etirazları maliyyə və digər dəstəklər verdiyini bildirmişdi. /Deyerler.org
 

Google+ WhatsApp ok.ru