İraq parlamenti seçkilərdəki səslərin 10 faizini ləğv edib

İraq parlamenti seçkilərdəki səslərin 10 faizini ləğv edib

-- v

İraq parlamenti əsasən parlament seçkilərində qaçqın və məcburi köçkünlərin səslərini ləğv edib.

Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, dünən İraq parlamenti fırıldaqçılıq iddialarından sonra ümumi səslərin 10 faizini ləğv edib.

Bildirilib ki, səslər yenidən əllə sayılacaq. Parlament həmçinin ölkənin seçki komissiyasının üzvlərini də istefaya çağırıb. 

May ayının 25-də İraq Baş naziri Heydər əl-Abadi parlament seçkilərində iddia edilən pozuntulara baxılması üçün yüksək komandanlıq komissiyasının yaradılmasını əmr edib. 

Açıqlamada, hakerlərin seçki nəticələrini manipulyasiya edə biləcəyi iddia olunub. 

Qeyd edək ki, İraqda yeni bir elektron səsvermə sistemi ilə əlaqəli bəzi seçki məntəqələrində qanun pozuntularına dair şikayətlər olub. İraqeda parlament seçkiləri may ayının 12-də keçirilib.

Google+ WhatsApp ok.ru