İraq Prezidenti Nuri Əl-Malikinin yeni hökuməti formalaşdırmasına icazə verməyib

İraqın yeni prezidenti Məhəmməd Fuad Məsum Parlamentdə ən böyük fraksiya olan Nuri Əl-Malikinin başçılıq etdiyi Qanun Dövləti Koalisiyasına yeni hökumətin formalaşması üçün  nazirlər kabinetinin təşkili üçün icazə verməyib. Bunu İraq Milli Koalisiyasından adının açıqlanmasını istəməyən bir mənbə deyib. 
Maide.az-ın əl-Ərəbiyyə kanalının rəsmi saytına istinadən məlumatına görə,  mənbə deyib ki, “cənab Məsum  Nuri əl-Malikinin nazirlər kabinetinin təşkili üçün istəyini qəbul etməyib, əvəzində isə İbrahim Cəfərinin rəhbərlik etdiyi İraq Milli Koalisiyasının Parlamentdə ən böyük fraksiya kimi tanınması və yeni hökumətin təşkili üçün istəyini qəbul edib”. 
Məlumata əsasən, İraq Milli Koalisiyası yeni hökumətin formalaşması üçün nazirlər kabinetinin təşkili üçün istəyini Parlamentin spikerinə təqdim edib və Parlamentin spikeri də Prezidentə təqdim edib. 
İraq Milli Koalisiyasının rəhbəri İraqın sabiq baş naziri İbrahim Cəfəridir. 
Parlament nümayəndələrindən birinin dediyinə görə,  İraq Milli Koalisiyası tərəfindən nazirlər kabinetinin təşkili üçün istəyi İbrahim Cəfəri  ilə yanaşı koalisiyada təmsil olunan digər fraksiyalarda imzalayıb. 
Qeyd edək ki, İraq Milli Koalisiyasında şiə təmayüllü partiya və fraksiyalar o cümlədən Sədr hərəkatı,  əl-Mavatin fraksiyası, Fəzilət fraksiyası,  Sadiqun fraksiyası təmsil olunurlar. / 
 
 
 

Google+ WhatsApp ok.ru