İraq Prezidenti yeni hökumətin qurulmasından danışdı

İraq Prezidenti yeni hökumətin qurulmasından danışdı

Prezident qeyd edib ki, bu gün əsas iş İraq xalqına xidmət etməkdir

Maide.az Eastnews.org-a istinadən xəbər verir ki, İraq Prezidenti Bərhəm Saleh yeni qurulacaq hökumət barəsində açıqlama verib.

O, İraq Ali İslam Məclisinin quruluşu ildönümü münasibətilə təşkil olunan mərasimdə çıxışı zamanı vurğulayıb ki, yeni hökumət milli dəyərlərə sahib insanlardan təşkil olunmalıdır. “Adil Əbdülmehdi bütün ayrıseçkilikləri kənara atıb xalqın tələblərini yerinə yetirməlidir”, - deyə Bərhəm Saleh diqqətə çatdırıb.  

Prezident qeyd edib ki, bu gün əsas iş İraq xalqına xidmət etməkdir.

 

Google+ WhatsApp ok.ru