İraq səfirliyi zəvvarlara viza qadağası xəbərini təkzib etdi

İraq Daxili İşlər Nazirliyinin bugünkü açıqlamasında, ancaq məhdud sayda ölkələrdən Ərbəin günü gələcək zəvvarlara viza veriləcəyi bildirilirdi. Viza ala biləcək ölkələr sırasına Azərbaycanın adının daxil edilməməsi Kərbəlaya yola düşən və düşməyə hazırlaşan vətəndaşlarımız arasında narahatlıq yaratmışdı. Məsələ ilə əlaqədar Maide.az-a açıqlama verən İraqın Azərbaycandakı səfirliyinin mətbuat katibi Əhməd Cassim bildirdi ki, narahatlığa əsas yoxdur: "Bu açıqlama Daxili İşlər Nazirliyinin göstərişi ilə bağlıdır. Əgər viza ilə bağlı hər hansı bir məhdudiyyət olarsa, bu barədə İraq Xarici İşlər Nazirliyindən bizə təlimat gəlməlidir və biz belə bir təlimat almamışıq. Azərbaycan vətəndaşları əvvəlki qaydada olduğu kimi yenə də viza ala bilərlər. Biz dünən 200 nəfərə viza vermişik. Əgər hər hansı bir qadağa olarsa, bu barədə Azərbaycan ictimaiyyətinə məlumat açıqlanacaq."

Google+ WhatsApp ok.ru