İraq sünnilərinin müftisi: Ərəbistan kralı Şeyx Nimrin ölüm hökmünü imzalamayıb

İraq sünnilərinin müftisi Şeyx Məhdi əs-Səmidi deyib: Ərəbistan kralı Salman bin Əbdüləziz mənim vasitəçiliyimlə ərəbistanlı görkəmli şiə alim Ayətullah Nimr Baqer ən-Nimrin ölüm hökmünü imzalamaqdan imtina edib.
 
Maide.az xəbər verir ki, o əlavə edib: İraqın daxilində və xaricində siyasi qruplar bu yaxınlarda Səudiyyə məhkəməsi tərəfindən ölüm hökmü çıxarılan Şeyx Nimrin problemini həll etmək üçün məndən vasitəçilik etməyi xahiş ediblər.
 
əs-Səmidi qeyd edib: Mən də Ərəbistan kralından Şeyx Nimri əfv etməyi xahiş etdim və indi kral ölüm hökmünü imzalaqdan imtina edib və biz də əfv qərarını gözləməliyik.
 
Twitterdə Mucez əl-Əxbar səhifəsinin sahibi Xalid əl-Həqbani də yenicə iddia edib ki, ərəbistanlı görkəmli şiə alim Ayətullah Nimr Baqer ən-Nimrin ölüm hökmü və bir qrup digər şəxslər, o cümlədən əl-Qaidənin üzvləri növbəti həftə həyata keçiriləcək./ 
 

Google+ WhatsApp ok.ru