İraq Suriyanın Ərəb Dövlətləri Liqasına qaytarılmasını istəyib 23 Fevral 2021 14:51 Xəbərlər İraq rəsmi Dəməşqin Ərəb Dövlətləri Liqasındakı kürsüsünün bərpasını tələb edib SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn Səudiyyə Ərəbistanına səfəri zamanı deyib. İraqın xarici işlər naziri Ərəb Dövlətləri Liqasının növbəti iclası ilə bağlı fikirlərini bölüşərkən Suriyanın bu liqaya rəsmi şəkildə geri çağırılmasının zəruri olduğunu bildirib və əlavə edib ki, bu dəvət ərəb ölkələri arasında koordinasiyanı və birliyi möhkəmləndirəcək. Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 2012-ci ildə rəsmi Dəməşqi liqadan çıxarıb, yerini müxalifətə vermişdilər. Lakin Ərəb ölkələrindən BƏƏ, Bəhreyn və Sudan son illərdə Dəməşqdəki səfirliklərini yenidən açıblar. Teqlər : #İraq,#Suriyanın,#Ərəb,#Dövlətləri,#Liqasına,#qaytarılmasını,#istəyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İpoteka kreditləri alanların nəzərinə: Qaydalarda dəyişiklik edildi Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda qar yağır - FAKTİKİ HAVA
Azərbaycana idxal olunan bu avtomobillərə tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılacaq