İraq və İran arasındakı  Mehran keçid məntəqəsi açılır

İraq və İran arasındakı Mehran keçid məntəqəsi açılır

İraq yeni növ koronavirus (Kovid-19) ilə mübarizə çərçivəsində bağlanan İranla sərhəddə yerləşən  Mehran (Zurbatiyah)  sərhəd qapısını həftədə iki gün ticarət keçidlərinə açmaq qərarına gəlib.
 
Maide.Az xəbər verir ki, yazılı açıqlamasında İraq Sərhəd Keçidləri Təşkilatının başçısı Ömər əl-Vaili Vasit şəhərindəki Zurbatiyah sərhəd keçid məntəqəsindən 250 yük maşınının bu iki gündə keçməsinə icazə veriləcəyini bildirib.
 
O, sərhədin açılmasının yerli bazarları ərzaq və kənd təsərrüfatı avadanlıqları ilə təmin etmək və qiymətlərdə sabitliyi qorumaq məqsədi daşıdığını deyərək, lazımlı sağlamlıq tədbirlərinin görüldüyünü söyləyib.
 
İraq Sərhəd Keçidləri İdarəsi 8 martda Şələmçə (Bəsrədə), Şit (Meysanda),  Mehran (Zurbatiyah- Vasitdə), Munziriyyə və Mendili (Diyalada) sərhəd məntəqələrini koronavirusla mübarizə çərçivəsində bağlamışdı.
 

Google+ WhatsApp ok.ru