İraq xalqı generalları son mənzilə yola salır - FOTO-VİDEO

İraq xalqı generalları son mənzilə yola salır - FOTO-VİDEO

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qanadının komandanı general Qasim Süleymani və "Həşd-Şabi" qüvvələrinin komandan müavini Əbu Mehdi Mühəndisin cənazəsi İraq xalqı tərəfindən böyük izdihamla qarşılanıb.
 
Bu barədə İraq mətbuatına istinadən məlumat verir.
 
Məlumata görə, minlərlə iraqlının iştirak ilə terror edilən generallar Kazimeyn şəhərində yerləşən müqəddəs ziyarətgaha gətirilib.
 
Kazimeyn şəhərində başlanan cənazə mərasimi dünyanın əksər televiziya kanalları tərəfindən canlı yayımlanıb.
 
Qeyd edək ki, mərasimdən sonra general Qasim Süleymaninin cənazəsinin Tehrana göndərilməsi planlaşdırılır. /FaktXəbər
 
 
 
 
 

Google+ WhatsApp ok.ru