İraq XİN: `ABŞ-a torpaqlamızıda hərbi baza qurmağa icazə verməyəcəyik`

İraq XİN: `ABŞ-a torpaqlamızıda hərbi baza qurmağa icazə verməyəcəyik`

İraqın suverenliyi bizim qırmızı xəttimizdir

İraq xarici işlər naziri İbrahim Cəfəri Rusiya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.   

O bildirib ki, heç bir halda ABŞ-aın İraq torpaqlarında daimi hərbi bazalar qurmasına icazə verməyəcəklər.   

"İraqın suverenliyi bizim qırmızı xəttimizdir" , - deyə İ. Cəfəri qeyd edib. 

 İ. Cəfəri İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Cənubi Koreya, Türkiyə, Yaponiya və bir çox başqa dünya ölkələrində daimi ABŞ hərbi bazalarının mövcudluğuna işarə edərək qeyd edib ki, ABŞ bu ölkələrin suverenliyini pozub.

Qeyd edək ki, ABŞ hökumətinin məlumatlarına görə, İraqda təxminən 9 min amerikalı əsgər var. (eastnews.org)

Google+ WhatsApp ok.ru