İraq xristianlarının lideri ABŞ-ın hava hücumlarında narazıdır

İraqın ən nüfuzlu xristian din xadimi ABŞ-ın İraqa müdaxiləsini müsbət addım olmadığını bəyan edib

 İnterAz “əl-Ərəbiyyə”yə istinadən xəbər verir ki, İraqın ən nüfuzlu xristian din xadimi ABŞ – ın İraq ərazisinə hərbi müdaxiləsindən narazı olduğunu bəyan edib. İraqın ən nüfuzlu müsəlman dini lideri Ayətullah Seyid Əli Sistani ilə Nəcəf şəhərindəki görüşündən sonra mətbuata müsahibə verən Kaldian patriarxı Luis Sako ABŞ-ın hava hücumlarının xristian azlıqların müdafiə olunmasında ümidverici hadisə olmadığını ifadə edib.

Açıq məktubunda patriarx qeyd edib ki, “təkcə Ərbil şəhərinin müdafiə olunmasıyla bağlı ABŞ prezidenti Barak Obamanın mövqeyi bizim üçün heç bir ümidverici məna kəsb etmir.” Xatırladaq ki, Barak Obama ötən həftə İraq Kürdüstanının mərkəzi şəhəri olan Ərbildəki ABŞ diplomatik nümayəndəliyinin müdafiəsi və Sincar şəhərinin yəzidi azlıqlarına qarşı İŞİD qətliamının qarşısının alınması üçün regionda hava hücumları həyata keçirilməsilə bağlı sərəncam verib.

Google+ WhatsApp ok.ru