Rauf Mirqədirov Zakir Qaralova müraciət etdi

Həbsdə olan jurnalist Rauf Mirqədirov Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova və müavininə müraciət edib.

Jurnalistin vəkili Elmar Süleymanov ANS PRESS-ə açıqlamasında müraciətin R. Mirqədirovun atasının 40 mərasimində iştirak etməsi ilə bağlı olduğunu söyləyib: “R. Mirqədirovun atasının 40 mərasimində iştirak etməsi ilə bağlı Zakir Qaralova və müavinə artıq yazılı formada müraciət göndərmişik. Mirqədirovun atasının 40 mərasimi iyulun 3-də olacaq. Yəqin yaxın günlərdə müraciətimizə cavab verəcəklər”.

Xatırladaq ki, jurnalist Rauf Mirqədirov "Dövlətə xəyanət" ittihamı ilə həbs edilib.

Google+ WhatsApp ok.ru