Rauf Mirqədirov 7 saat ifadə verdi

Dünən jurnalist Rauf Mirqədirov saat 11-dən 18-dək vəkillərinin iştirakı ilə istintaqa ətraflı ifadə verib
 
Vəkil Elmar Süleymanov musavat.com-a bildirib ki, R.Mirqədirov ona qarşı irəli sürülən ittihamları bütünlüklə rədd edib.
 
Vəkil istintaq sirrini təşkil etdiyinə görə R.Mirqədirovun ifadələrinin məzmununu açıqlaya bilməcəyəni bildirib.
 
“Ayna-Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanıb. O təyyarə ilə Bakıya göndərilib və hava limanında həbs edilib. Müxbir Ermənistanın xeyrinə casusluqda günahlandırılaraq dövlətə xəyanət ittihamı ilə mühakimə olunur. Mirqədirov son illər ailəsi ilə birgə Ankarada yaşayırdı.
 
O həbs edildikdən sonra istintaqa ifadə verməkdən imtina edirdi. 

Google+ WhatsApp ok.ru