Rauf Mirqədirovun apelyasiya şikayətinə baxıldı

“Rauf Mirqədirovla sonuncu dəfə dünən görüşdük. Dünən həm də onun həbs müddətinin bir aylıq uzadılmasına etiraz olaraq, apelyasiya şikayətinə baxıldı”. Bu barədə Modern.az saytına jurnalist Rauf Mirqədirovun hüquqlarını müdafiə edən vəkil Elmar Süleymanov məlumat verib.
 
Hüquq müdafiəçisi bildirib ki, gözlənildiyi kimi şikayət təmin edilməyib:
 
“Şikayət təmin edilmədi, onun bir aylıq həbs müddəti qüvvədə saxlanıldı”.
 
E.Süleymanov proses zamanı müstəntiqlərin işin yekunlaşdığına dair fikirlər səsləndirdiklərini, amma bunun inandırıcı olmadığını vurğulayıb:
 
“Müvəkkilimin uzadılan sonuncu həbs müddəti may ayının 19-da bitir. Müstəntiqlərin bildirdiklərinə görə, həmin vaxt artıq proses yekunlaşacaq. Amma heç inandırcı deyil ki, mayın 19-adək istintaq başa çatsın. Çünki, bu ağır bir prosesdir və belə tez yekunlaşmasını gözləmirik”.
 
Jurnalistin səhhətinə gəlincə, vəkil bildirib ki, hər şey normal və qaydasındadır.
 
Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən deportasiya edilərək Bakıya gətirilib. Jurnalist dövlətə xəyanətdə ittiham olunur.

Google+ WhatsApp ok.ru