Rauf Mirqədirov məhkəməyə çıxarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə ittiham şahidlərinin ifadələri alınıb.
 
Bu haqda məlumat verən vəkil Fuad Ağayev iltizam davam etdiyindən detalları açıqlaya bilməyəcəini deyib:
 
“Prosesdə Rauf Mirqədirov özü də iştirak edirdi. Dekabrın 9-a qədər fasilə elan olundu”.
 
“Ayna- Zerkalo” qəzetinin əməkdaşı R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. R.Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Google+ WhatsApp ok.ru