Rauf Mirqədirov Azərbaycanı birdəfəlik tərk edir?

Rauf Mirqədirov Azərbaycanı birdəfəlik tərk edir?

Məhkəmə siyasi icmalçının iddiasını təmin edib.
 
Sentyabrın 16-da siyasi icmalçı və keçmiş məhbus Rauf Mirqədirov Almaniyaya yola düşüb.
 
Bu barədə Rauf Mirqədirovun özü Meydan TV-yə məlumat verib.
 
O, Frankfurta və ordan da 3 günlük seminarda iştirak etmək üçün Varşavaya yola düşəcək.
 
Rauf Mirqədirov beynəlxalq tədbirdən sonra İsveçrədə məskunkaşan ailəsinin yanına gedəcək: "Məhkəmə mənim ölkəni tərk etməklə bağlı iddiamı təmin edib. Ona görə mən həbs olunandan sonra İsveçrədə məskunlaşan ailəmin yanına gedəcəm".
 
Amma siyasi icmalçı ölkəyə qayıdıb-qayıtmaması barədə sualı cavablandırmayıb: "Hələ bu barədə heç nə deyə bilmərəm".
 
R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
 
Martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti həbs cəzası verməklə onu azad edib.
 

Google+ WhatsApp ok.ru