Rayon avtobuslarında qiymət nə qədər artacaq? 31 İyul 2018 01:00 Xəbərlər Tarif Şurasının qərarı ilə sabahdan etibarən ölkə ərazisində metro və ictimai nəqliyyatda gediş haqqı artırılacaq. Bundan əlavə, Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda da gediş haqqı yeni tariflə hesablanacaq. Belə ki, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Milli.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova azvision.az-a açıqlamasında bildirib ki, yeni tariflə məsafədən asılı olaraq şəhər və rayonlara qiymətlər yenidən hesablanır. "Hazırda daşıyıcılarla görüşlər keçirilir və yeni tariflərlə qiymətlər hesablanır. Məsələn, Zaqatala rayonuna əvvəl 6,69 qəpiyə gedilirdisə, hazırkı tariflə bu qiymət 10 manat olacaq. Və ya Tərtər istiqamətdə əvvəl gediş haqqı 5,20 qəpik idisə, yeni tariflə 7,80 qəpik olacaq. Yeni qiymətlər hazır olan kimi ictimaiyyətə cədvəl açıqlanacaq". Teqlər : #Rayon avtobuslarında qiymət nə qədər artacaq?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avqustun 20-də geomaqnit qasırğası olacaq Sumqayıtlıların nəzərinə: marşrut avtobuslarında qiymətlər açıqlandı – SİYAHI