Rayon avtomobillərinin paytaxta girişinə qadağa qoyulması tixac problemini həll edəcəkmi?

Rayon qeydiyyatında olan minik avtomobillərinin gündüz vaxtı Bakıya daxil olmasına qoyulan qadağa sentyabrın 15-dən qüvvəyə minir. Bu barədə baş nazirin müavini Abbas Abbasov jurnalistlərlə söhbətdə bildirib. Onun sözlərinə  görə, eyni zamanda avtomobillər üçün iki parkinq istifadəyə veriləcək – şəhərin şimal və cənub girəcəklərində. Avtomobil sahibləri onları burada saxlaya biləcək.
 
Bu cür məhdudiyyətlər Avropa Oyunları ərəfəsində də tətbiq  edilmişdi, lakin artıq bu məhdudiyyət daimi xarakter daşıyacaq.
 
Bu cür qadağanın vətəndaşların hüquqlarının pozulması barədə hüquqşünasların rəylərini şərh edən A.Şərifov deyib ki, məhdudiyyət təhlükəsizlik məsələlərindən irəli gəlib. Əsasən Azərbaycanda baş verən avtomobil qəzalarında qurbanların sayı Avropa ölkələrində olduğundan çoxdur.
 
İkinci səbəb avtomobil tıxaclarıdır ki, bunu tənzimləmək çətindir. Odur ki, yük maşınları və rayon avtomobillərinə gecə saatlarında giriş açıq olacaq. Eyni zamanda yol polisinə  tapşırılıb ki, xəstə aparan rayon avtomobilləri şəhərə buraxılsın.
 
Şəhərə günorta gələnlər avtomobillərini  park edib istədikləri yerlərə avtobus və taksi ilə gedə bilər.
 
Bakıya kənardan gələn avtomobillərin sayı barədə rəsmi statistik məlumat yoxdur. Müxtəlif məlumatlara görə, hər gün paytaxta 100 mindən çox avtomobil daxil olur ki, bunun 40%-i rayonlardan gəlir.
 
Şübhə yox ki, qadağa regionlardan gələn vətəndaşlar üçün ciddi problemlər yaradacaq. Şəhər nəqliyyatının, nəqliyyat infrastrukturunun vəziyyəti adamların şəhərə normal gedib-gələcəyindən danışmağa imkan vermir.

Google+ WhatsApp ok.ru