Rayonda güclü yağış: işıq kəsildi, evləri su basdı...

Rayonda güclü yağış: işıq kəsildi, evləri su basdı...

Ötən gün axşam saatlarından başlayaraq yağan yağış Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.

 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmazın bir sıra yerlərində evlərin zirzəmilərini, həyətyanı sahələri su basıb. Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hazırda həyətlərdən suyun çəkilməsi üçün həmin ərazilərə texnika cəlb olunub.  
 
Rayon mərkəzində və bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində problemlər yaranıb.

Google+ WhatsApp ok.ru