Rayonlararası giriş-çıxış qadağan edildi - Rəsmi - Yenilənib

Rayonlararası giriş-çıxış qadağan edildi - Rəsmi - Yenilənib

Sabahdan xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq.

 
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
 
Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
 
Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir. * * * Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar bir rayondan digərinə giriş-çıxış məhdudlaşdırılıb.  
 
  İnsanların ünsiyyətini azaltmaq məqsədilə bu tədbirlərə əl atılıb.  
 
Qeyd olunur ki, artıq bu prosesə ötən gecədən start verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti də məlumatı təsdiqləyib.
 
Qeyd edək ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Google+ WhatsApp ok.ru