Real maaş nə qədərdir?

Real maaş nə qədərdir?

-- `Əmək haqlarının artırılmasından danışmaq, sadəcə, mümkün deyil`

"Novoye Vremya" qəzetində diqqəti "Real orta aylıq maaş təqribən iki dəfə azdır"   sərlövhəli məqalə cəlb edir.
 
Müəllif ölkədə işsizlik və real orta aylıq maaş həddini müzakirəyə çıxarıb.
 
Müəllif deyir ki, ölkədə işsizliklə bağlı real statistikanın olmamasına baxmayaraq, Əmək və Əhalinin Məşğulluğu Nazirliyi iddia edir ki, işszilik cəmi 5%-dir: "Nazirliyin xidmətləri də elə bu qədər, təqribən 250 min nəfərdən çox şəxsi qeydə alıb. Nazrilik bildirir ki, ölkədə iş yerləri var, sadəcə, insanlar işləmək istəmirlər. Bundan əlavə, orta aylıq əməkhaqqı barədə statistik göstəricilər də bizi "sevindirir" və hazırda bu 514 manat təşkil edir".
 
Müəllif deyir ki, 2015-ci ildə devalvasiya başlandıqdan bu yana ölkənin əmək bazarı xoş dövr yaşamır, maliyyə böhranı bank sahəsini ən kəskin şəkildə vurub, onlarla kommersiya qurumları iflasla üzləşib, işsizlik daha da artıb.
 
Məqalədə vurğulanır ki, bu sahədə aşağı, orta və hətta yuxarı eşelona aid ixtisarlarla işsizlərin sayı çoxalıb: "Bank sahəsi, dövlət idarələri ölkədə işsizliyin artmasının əyani göstəricisinə dönüb. Belə ki, bu sahələrdə əmək sazişlərinin rəsmi qeydə alınması bağlanan iş yerlərinin sayını bilməyə imkan verir. Amma cəmi 3/1-i leqal olduğu üçün bunu bütün əmək bazarına şamil etmək olmur".
 
Müəllif ölkədə nominal aylq maaşın 500 manatdan yuxarı olması barədə statistik rəqəmə şübhə ilə yanaşır və bunun mənbəyinin məlum olmadığını deyir.
 
Daha sonra isə ekspertlərə istinadən ölkədə real orta aylıq maaşın isə 250-300 manat arasında olduğunu bildirir.
 
Yazıda rəsmi statistikaya əsasən deyilir ki, 2016-cı ildə alınan maaş 1,514 milyon manat təşkil edib və bundan ancaq 15%-in (227 min nəfər) maaşı 500 manatdan yuxarı olub, 57,1% işçinin maaşı isə 300 manat həddindədir və bu hesablama reallığı daha aydın əks edir.
 
Müəllif deyir ki, əmək bazarındakı indiki böhran, tələbin təklifi dəfələrlə üstələdiyi bir vaxtda əmək haqlarının artırılmasından danışmaq, sadəcə, mümkün deyil.
 
Müəllifə görə, ölkədə orta aylıq maaşın belə aşağı olması əksəriyyətin maaşı büdcədən alması ilə əlaqəli ola bilər, bank sektorunda, dağ-mədən sahəsində maaşlar cüzi də olsa artır, amma bu, çoxluq deyil.
 
Yazıda vurğulanır ki, tikinti sahəsində indi də ixtisarların getdiyi, əmək haqlarının o qədər də yüksək olmadığı halda statistikanın bu sahəyə aid rəqəmləri etimad doğurmur, belə fonda ölkədə əmək haqlarının real artımından danışmaq inandırıcı görünmür.
 
Müəllifə görə, daha problem əmək bazarının tələbinin öyrənilməsilə bağlıdır, amma bu sahədə qayda-qanun yoxdur, bazarın hansı sahə kadrlarına və nə qədər kadra ehtiyacı olması kimi elementar məsələlər öyrənilmir.(contact.az)
 

Google+ WhatsApp ok.ru