`Real` - `Mançester Siti`: hakimlər bəlli oldu

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Real" (Madrid) - "Mançester Siti" görüşünün hakimləri müəyyənləşib.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunu sloveniyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Damir Skomina olacaq. Ona həmyerliləri Yure Praprotnik və Robert Vukan köməklik edəcək. Boyan Ul isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, mayın 4-də keçiriləcək "Real" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə 0:0 hesabı qeydə alınıb. /

Google+ WhatsApp ok.ru