REAL-ın iki üzvü 7 sutkalıq həbs edilib 16 Avqust 2016 01:00 Hüquq Səbail rayon Məhkəməsində REAL hərəkatının üzvləri – Toğrul İsmayılov və Elşən Qasımovun məhkəməsi keçirilib. REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlının verdiyi məlumata görə, onların hər biri 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. Qeyd edək ki, onlar ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb. T. İsmayılov hərəkatın Nəsimi və Səbail məclislərinin sədri, T. Qasımov isə Binəqədi rayon məclisinin sədr müavinidir. (faktxeber) / Teqlər : #REALın iki üzvü 7 sutkalıq həbs edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru REAL-çı gənclər saxlanıb Məhkəmə ANS-ə “yox” dedi