Reallıq və statistika tərs mütənasibliyi

Reallıq və statistika tərs mütənasibliyi

-- daha bir indeks sərvətin bölünməsi üzrədir, amma Azərbaycanda bu haqda

"Novoye Vremya" qəzetində isə diqqəti "İqtisadçllar yeni indeks yaratdılar: faydası varmı?" sərlövhəli məqalə cəlb edir.
 
Müəllif makroiqtisadi göstəricilərə dair Azərbaycanın tətbiq etdiyi indekslərin reallığı əks etdirmədiyini əsaslandırmağa çalşır.
 
Yazı müəllifi deyir ki, iqtisadi sahədə baş verən prosesləri müəyyən etmək üçün çoxsaylı göstərici indeksləri yaradıldı, amma bunun ən tanınmışı ümumi daxili məhsul (ÜDM) üzrə göstəricilər oldu.
 
Digər tərəfdənsə müəllif deyir ki, getdikcə ÜDM göstəricilərinin də yetərli olmaması üzə çıxır: "Yəni, bu göstəricilər də real iqtisadiyyatda mövcud olan bütün spektri əhatə etmir, ona görə də Ümümdünya İqtisadi Forumu (QİF) keçən ildən inklüziv inkişaf indeksi təklif edib. Bu reytinq göstəricisi ilə ÜDM göstəriciləri arasında elə də ciddi fərq yoxdur, amma bəzi maraq doğuran faktları fərqləndirmək olar".
 
Müəllif hesab edir ki, inklüziv inkişaf göstəriciləri üzrə Azərbaycanın 77 dövlətdən ibarət inkişaf edən ölkələr sırasında üşüncü yer tutması kifayət qədər təəccüb doğuran faktdır. Belə ki, Azərbaycan burada ÜDM böyüklüyünə görə 26-cı yeri tutub və haqqında bəhs edilən məlum indeks üzrə də üçüncü yer tutub.
 
Müəllif inklüziv inkişaf indeksinin 3 qrupa bölünməklə 12 göstəricini əhatə etiyini bildirir: artım və inkişaf (admbaşına düşən ÜDM, əmək məhsuldarlığı, əhalinin məşğulluğu, sağlam həyatın gözlənilən davamlılığı), inklüzivlik (əhalinin gəlirlərə görə təbəqələşmə dərəcəsi, yoxsulluq səviyyəsi, cəmiyyətin varlılığa görə təbqələşmə səviyyəsi, median gəlir) və nəsillərin varisliyi və inkişaf dayanıqlığı (dəqiqləşdirilmiş təmiz gəlirlər, ÜDM-in parnik intensivliyi, dövlət borcu, demoqrafik yüklülük səviyyəsi).
 
Yazı müəllifi deyir ki, birinci 10-luqda olan Azərbaycan adambaşına düşən ÜDM indeksi reytinq göstəricilərinə görə, qonşularından (Litva, Macarıstan, Latviya, Polşa və s.) çox geri qalır.
 
Müəllif vurğulayır ki, Azərbaycanda adambaşına düşən ÜDM 5859 dollar təşkil edir, 10-cu yerdə duran Rumıniyada isə bu məbləğ 10081 dollardır.
 
Müəllif bildirir ki, bütün statistik "biclik"lərə baxmayaraq, bir əməkçiyə düşən ÜDM göstəricilərinə görə də Azərbaycan bu ölkələrdən çox geri qalır, belə ki, bu rəqəm Azərbaycanda 33242 dollara, ikinci yerdə duran Macarıstanda isə 57179 dollara bərabərdir.
 
Sağlam həyat davamlılığına gəlincə, Azərbaycan bu göstəricidə Dominikan ölkəsindən də geridədir (Dominikan 65,1%, Azərbaycan 64,7%).
 
Müəllif deyir ki, 3 göstərici üzrə geri qalan Azərbaycann üşüncü yeri necə tutması buna görə təəccüb və sual yaradır.
 
Müəllif deyir ki, reytinq tərtibatçıları üçün əhalinin gəlirlərinə görə təbəqələşməsi göstəriciləri əsas olub və bu göstərici Azərbaycanda 28,6% təşkil edir.
 
Yazı müəllifi deyir ki, Azərbaycan rəsmi statistikasına görə, ən yoxsul 10% əhalinin adambaşına düşən aylı orta gəliri 158 manat, ən varlı 10% əhalininki isə 452,4 manatdır.
 
Müəllif vurğulayır ki, daha bir indeks sərvətin bölünməsi üzrədir, amma Azərbaycanda bu haqda açıq məlumatlar verilmir.
 
Müəllif deyir ki, ÜİF iqtisadçılarının bu indeksləri tətbiq etmələrinin əsas hədəfi mövcud kursun dəyişdirilməsinin vacibliyini anlatmaq olub, çünki artan bərabərsizlik və gələcək nəsillərə qayğısızlıq yaxşı heç nə vəd etmir.
 
Müəllifə görə, bu yeni indekslər həm də ona görə lazım olub ki, "yalnız dövlətin istehsal gücü ilə ölçülən uğurların necə yalan olması" görünsün.
 
Müəllif hesab edir ki, "statistik göstəricilər" üzrə Azərbaycan inkişaf etmiş ölkələr ısrasında da ola bilər, reallıq isə göstəricilərə uyğun deyil.
 

Google+ WhatsApp ok.ru