`Real Madrid` 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub - VİDEO

`Real Madrid` 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub - VİDEO

Qarşılaşma Realın 2:0 qələbəsi ilə başa çatıb

Futbol üzrə İspaniya Super Kuboku uğrunda cavab oyunu keçirilib.
 
"Real Madrid" "Santyaqo Bernabeu" stadionunda "Barselona" ilə qarşılaşıb. Qarşılaşma "kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolların hər ikisi qarşılaşmanın birinci hissəsində vurulub. 4-cü dəqiqədə Marko Asensio hesabı açıb. 39-cu dəqiqədə Kərim Benzema "Barselona"nı ikinci dəfə oyuna mərkəzdən başlamağı məcbur edib. Bununla da "Real Madrid" 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub.
 
Qeyd edək ki, Barselonada keçirilmiş ilk oyunda da "Real Madrid" qələbə qazanıb - 3:1. Həmin görüşdə "kral klubu"nun lideri Kriştianu Ronaldu qırmızı vərəqə aldığı üçün "Nou Kamp"da meydana çıxmayıb. (report) /
 
Image result for real madrid barcelona spanish super cup 2017
 
 
 
 

Google+ WhatsApp ok.ru