`Real`ın 50 milyon avroluq təklifi rədd edildi

`Real`ın 50 milyon avroluq təklifi rədd edildi

"Real" "Bavariya"nın müdafiəçisi David Alabanı transfer etmək istəyir. 
 
Qol.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, ötən həftə Madrid təmsilçisinin nümayəndələri "Bavariya"nın rəhbərliyi ilə görüş keçirib.
 
"Kral klubu" avstriyalı futbolçunun transferi üçün Münhen təmsilçisinə 50 milyon avro təklif edib. Lakin Almaniya klubu Alabanın "Real"a keçidinə icazə verməyib.
 
Qeyd edək ki, "Bavariya" 2010-cu ildən klubda çıxış edən 23 yaşlı futbolçunu 80 milyon avrodan aşağı satmağı düşünmür. /

Google+ WhatsApp ok.ru