`Real`ın prezidenti: `Bu kuboku İraqda həlak olanlara həsr edirəm`

Ötən gecə əsas vaxtı 1:1 bitən oyunda penaltilər seriyasında "Atletiko"nu məğlub edərək Çempionlar Liqasının qazanan Madrid "Real"ın prezidenti Florentino Perez çox duyqusal bir açıqlama verib.
 
Stadium.Az xəbər verir ki, Perez kuboku İraqda şəhid olan tərəfdarlarına həsr etdiyini açıqlayıb:
 
"2 həftə öncə İraqın Beled şəhərində "Real" azarkeşlərinin olduğu kafedə İŞİD terrorçuları partlayış törədərək 16 azarkeşimizin ölümünə səbəb olmuşdular. Orada ölən insanlar "Real"ı dəstəkləməkdən daha artığını edirdilər. Bu kuboku onlara həsr edirəm".
 

Google+ WhatsApp ok.ru