Referendum Dövlət Departamentinin mətbuat katibini çətin vəziyyətə salıb

Referendum Dövlət Departamentinin mətbuat katibini çətin vəziyyətə salıb

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum “insidentsiz keçib”. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
“Venesiya Komissiyası qeyd edib ki, səsvermə öncəsi proses daha geniş ictimai diskussiyadan faydalanmış olardı. Biz hökuməti qanun pozuntuları barədə məlumatları araşdırmağa çağırırıq”, - Toner bildirib.
 
ABŞ  Azərbaycanda “daha güclü demokratiya” qurulmasına sadiqdir və Vaşinqton “ölkə daxilində şəffaflıq və dialoqu həvəsləndirir.”
 
“Yaxşıdırmı ki, bir ailə ölkəni bu qədər idarə edib, əvvəlki idarəçinin oğlu ölkəni daha uzun müddətə idarə edə bilər?” sualının cavabında Toner deyib: “Bizim diqqətimiz təsisatların təkmilləşdirilməsinə, Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlıq edərək demokratik prosesin təkmilləşdirilməsinə yönəlib. Demokratik prosesin sonucunu diqtə etmək bizim işimiz deyil. Biz onu qeyd edə bilərik ki, pozuntular varsa araşdırılmalıdır, nöqsanlara baxılmalı və onlar aradan qaldırılmalıdır”.
 
“Bu, demokratik prosesdirmi?” başqa jurnalist sual edib. “Elə bir situasiya yaranıb ki, burada ömürlük prezident ola bilər. Bu, demokratiyadırmı?
 
Toner deyib: “Azərbaycan uzunmüddətli idarəçisi, dövlət başçısı olan ölkələr baxımdan unikal deyil”.
 
“Mən soruşmadım ki, o, unikaldır”, - jurnalist replika atıb.
 
Toner deyib: “İmkan verin, fikrimi tamamlayım. Bizim əsas amacımız mövcud strukturlar daxilində prosesi, demokratik təsisatları təkmilləşdirməkdir. Biz prezidentlik dönəmlərini diqtə edə bilmərik” (contact.az)

Google+ WhatsApp ok.ru