Regionların qazanc problemi

Regionların qazanc problemi

-- Azərbaycan şəhərləri çox zəif inkişaf edib

"Exo" qəzetində "İnsanlar Sumqayıtdan Bakıya əlavə 100 manat qazanmaq üçün gəlirlər. Bu, normal deyil" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif qazanc əldə etmək baxımından paytaxt Bakı ilə regionlar arasındakı fərqi "Xidmət-iş" Həmkarlar İttifaqlarının vitse-prezidenti Cəmaləddin İsmayılovla müzakirə edir.
 
"Bakı əməkhaqqının səviyyəsinə görə liderdir. Ölkə miqyasında paytaxt həm maaşın yüksəkliyi, həm yaşayış minimumu səviyyəsinə görə yüksək göstəricilərə malikdir. Amma inflyasiyanın daimi artımını, alıcılıq qabiliyyətinin aşağı düşməsini nəzərə alsaq heç paytaxt sakinləri də Bakıda həyat səviyyəsindən o qədər də razı deyil". Vitse-prezident Bakı ilə regionlar arasında vəziyyəti belə dəyərləndirir.
 
C.İsmayılov deyir ki, Bakıdan başqa ümumi fonda Gəncə, Zaqatala, Quba və Lənkəran şəhərləri həm gəlir əldə etmək, həm də yerli əmək bazarı baxımından
 
fərqlənirlər: "Başqa şəhərlərlə müqayisədə adları çəkilən şəhərlərdə əməkhaqqı bir az yüksək, işsizlik bir qədər aşağıdır. Bu şəhərlərdə orta aylıq gəlir 300 manat, Bakıda isə 500 manatdır".
 
Federasiyanın vitse-prezidenti deyir ki, Azərbaycan şəhərləri çox zəif inkişaf edib, sənaye infrastrukturu problemi yaşayırlar: "Məsələn, böyüklüyünə görə ölkənin ikinci şəhəri olan Gəncə çox zəif inkişaf edir. Baxmayaraq ki, vaxtilə bu şəhərdə yüngül və ağır sənaye müəssisələri fəaliyyətdə idi, qazanc əldə etmək üçün qonşu regionlardan bura işləməyə çoxsaylı insanlar gəlirdilər".
 
C.İsmayılova görə, eyni vəziyyət ölkənin başqa şəhərlərində də yaşanır, regionlarda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə dövlət vəsaitlər ayırır, amma buna baxmayaraq, inkişaf sürəti yüksək deyil və proses sürətləndirilməlidir.
 
Sumqayıt şəhərinə gəlincə, C.İsmayılov deyir ki, bu şəhər aşağı maaşlı, qeyri-formal əmək bazarı payının yüksəkliyi və vakansiyalara yüksək rəqabətilə fərqlənir: "Kiməsə qəribə görünə bilər, amma gəlir səviyyəsinə görə Azərbaycan şəhərləri arasında Sumqayıtın adı yoxdur, səbəb də budur ki, bu şəhərin işçi qəbul etmək potensialı yüksək deyil. Burada sahibkarlar işçilərə çox aşağı, 150 manat maaş təklif edir, iş yeri tapmayan çoxluq şəhəri tərk etmək arzusundadır".
 
C.İsmayılov deyir ki, aşağımaaşlı olmasına baxmayaraq, burada hələ rəqabət də özünü göstərir.
 
Vitse-prezidentə görə, bu şəhərin əmək bazarında xaos hökm sürür, hər gün Sumqayıtdan Bakıya əlavə 100 manat qazanmaq ümidilə gəlirlər və qeyri-formal əmək bazarı ölkənin bu hissəsində "çiçəklənməkdədir".(contact.az)
 

Google+ WhatsApp ok.ru