Rekord sınağı üçün dişlərini çəkdirib

73 yaşlı təqaüdçü desantı Namiq Ekin 10 gün 10 gecə akvariumda su altında qalmaq rekordunu qırmaq istəyir

Maide.az xəbər verir ki, Türkiyənin təqaüdçü Su Altı Döyüş (SAD) desantı, cüdo, su altı, paraşüt, gimnastika, ağır atletika və üzgüçülük çempionu Namiq Ekin, "akvariumda 10 gün 10 gecə su altında qalmaq" rekordu sınağı üçün dişlərini çəkdirib.
 
Dardaneldə bir tədbirə qatılan Ekin açıqlamasında bildirib ki, 2,5 metrlik su dolu kürədə 7 gün 7 gecə keçirən amerikalı illüziyaçı Devid Blainenin rekordunu qırmaq istəyir.
 
Bu günə qədər niyyət etdikcə Allahın özünə yardım etdiyini və rekordlar qırdığını vurğulayan Ekin, "Yeni rekordumda ağzımda daim xortum tutacağam. Bunun üçün də mövcud dişlərimlə bunu edə bilmərəm. Məcburən dişimi çəkdirdim", - deyib.
 
Namiq Ekin su altı həkimləri, tibbi mütəxəssisləri və su altı xilasetmə komandanlığı dalğıc təlimçilərinin bədənində araşdırmalar aparacağını və bunların təbabətə işıq salacağına inandığını deyib.
 
Suyun altında 10 gün qalacağı üçün hər kəsin sağlamlıq baxımından bir problem olub-olmadığını sual etdiyini deyən Ekin, ürək və ağ ciyərinin 24 yaşlı bir insanınkı ilə eyni olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru