Respublika Narkoloji Dispanserində güclü yanğın baş verib, ölən və xəsarət alanlar var  - YENİLƏNİB-3

Respublika Narkoloji Dispanserində güclü yanğın baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB-3

-- Yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib.

Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb.
 
 APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir. 
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 
 
*** 08:44
 
Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent binadan çıxarılıb.
 
Maide.Az bildirir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
O həmçinin bildirib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.
 
Qeyd edək ki, hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib. 
 
Hazırda yanğın zamanı ölənlərin olması dəqiqləşdirilir.
 
*** 08:29
 
Bakıda güclü yanğın baş verib.

 

Maide.Az xəbər verir ki, FHN-dən  verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.

 

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədnirlər davam etdirilir. 

 

Yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsindəbaş verib. 

 

APA-nın xəbərinə görə, pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunub. 

 

Yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaq  mümkünsüzdür. İçəridə xəstələrdən hansınınsa qalıb-qalmadığı binaya daxil olduqdan sonra bilinəcək. 

 

Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur. 

 

 

Google+ WhatsApp ok.ru