Restoranların yeni fırıldağı: Şişirdilmiş menyular və ...

Restoranların yeni fırıldağı: Şişirdilmiş menyular və ...

“Oxu.az” saytında  “Restoranların yeni fırıldağı: Şişirdilmiş menyular, “sürpriz” hesablar, pozulan hüquqlar...” sərlövhəli məqalədə ictimai-iaşə sistemindəki problemlərə işıq salır.
 
Müəllif bu sahədəki problemlərlə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla danışır.
 
Müəllifin deməsinə görə, Azərbaycanda bəzi restoran sahibləri əcnəbi müştərilər üçün əlavə menyular hazırlayır və bu məsələ müxtəlif sferalarda dəfələrlə müzakirə mövzusu olub. 
 
Yazı müəllifinin iddiasına görə, sahibkarlar bir çox hallarda nəinki əcnəbi müştərilərin, eləcə də yerli vətəndaşların da “cibinə girməyə” çalışırlar, bununla bağlı bəzi müştərilər sosial şəbəkədə paylaşım ediblər, amma belə faktlar müxtəlif restoranlarda hələ də baş verir.
 
Müəllif deyir ki, müştərilər restoranlarda seçmədikləri əlavə xidmətlərə görə ödəniş tələb edirlər: “Belə ki, sifariş götürərkən müştəriyə təklif etmədən menyuya əlavələr edib, yekunda müştəriyə “sürpriz” hesab təqdim edilir. Bəzi hallarda isə müştəridən canlı musiqinin hesabını da ödəməsi tələb edilir. Bu isə bir çox hallarda mübahisəyə səbəb olur”, - müəllif vurğulayır.
 
E.Hüseynov deyir ki, bu problem nəinki turistləri, yerli camaatı da narahat edir, sahibkarlar başa düşmürlər ki, bu, birinci növbədə elə turizm sektoruna zərbədir: “Problem xüsusilə bulvarda fəaliyyət göstərən restoranlarda müşahidə edilir. Aparılan monitorinqlər, ictimai qınaq müəyyən qədər bu problemlərin aradan qaldırılmasına kömək etsə də paytaxtın mərkəzində fəaliyyət göstərən restoranların 60 faizində hələ də eyni problem qalır”, - AİB sədri bildirir,
 
Onun iddiasına görə, vətəndaş şişirdilmiş qiymətlərdən narazılıq edir,  iş o yerə çatıb ki, restoran sahibləri dəniz mənzərəsində içildikdə adi çayın qiyməti 20 manat olur: “Restoran var ki, müştərinin görünüşünə baxır, xoşu gəlirsə içəri buraxır, əks təqdirdə “yer yoxdur” deyərək içəri buraxmır. Yaxud yanında xanım olmadan bəzi restoranlara girişi qadağan ediblər. Bunlar istehlakçının hüququnun pozulmasıdır.
 
E.Hüseynovun fikrincə, bu problemin qarşısının alınması üçün tədbir görülməsə, vətəndaşların hüquqları pozulmağa davam edəcək və bu gün onların başına gələn haqsızlıq sabah hər kəsin başına gələ bilər.

Google+ WhatsApp ok.ru