Reuters: Amerika xalqının dini inancları zəifləyib

Aparılan bir rəy sorğusunun nəticələri göstərir ki, dinsizlik xüsusilə də Amerika yeniyetmələri arasında artıb və bu ölkədə dini inanclar zəifləyib.
 
Maide.az xəbər verir ki, “Din perspektivi” adı altında həyata keçirilən rəy sorğusu Amerikada fəaliyyət göstərən "Pew"Araşdırma Mərkəzi tərəfindən dünən, 3 oktyabrda dərc edilib.
 
Kilsəyə getmək, dua etmək və Allaha inanmaq kimi meyarları nəzərə almaqla həyata keçirilən bu rəy sorğusunun nəticələri onu göstərir ki, dinsizlik xüsusən də Amerika yeniyetmələri arasında artıb.
 
Rəy sorğusunun nəticələrinə görə, ABŞ-da yetkinlik yaşına çatmış insanların Allaha inanma həddi inkişaf etmiş sənaye ölkələrindən çox olsa da, lakin 2007-ci ildə 92%-dən 2014-cü ildə 89%-ə qədər azalıb.
 
Habelə, Allaha inandıqlarını bildirən insanların sayında da xeyli azalma var və 2007-ci ildə 71 %-dən 2014-cü ildə 63%-ə enib.
 
Hər gün dua və ibadət edən, müntəzəm olaraq dini ayinlərdə iştirak edən və dini, həyatlarının mühüm məsələlərindən biri olduğnu hesab edən amerikalıların müəyyən bir hissəsi isə azalıb.
 
Araşdırmada yeniyetmələr arasında dini inancların azalması prosesi bütün digər yaş qruplarını üstələyir və yalnız 1990-1996-cı illərdə dünyaya gələn insanların yarısı Allaha tam inanırlar və bu rqəm 1928-1945-cı illərdə doğulan Amerikanın “Səssiz nəsli”ilə müqayisədə kəskin azalıb.
 
Eləcədə müəyyən edilib ki, yeni nəsil səssiz nəsilə nisbətən çox az dua və ibadətlə məşğul olur.  /
 

Google+ WhatsApp ok.ru