Reuters: Bir çox amerikalılar müsəlmanlara digər vətəndaşlar kimi münasibət bəsləyirlər

Kaliforniyada baş verən atışma hadisəsindən yalnız bir neçə gün sonra müsəlmanların bir daha zorakılıq və terrorizmdə ittiham olunduğu bir halda, aparılan yeni rəy sorğusunun nəticələri göstərir ki, ABŞ vətəndaşlarının 51% -i müsəlmanlara qarşı ölkənin digər vətəndaşları kimi eyni münasibər göstərir və rəy sorğusunda iştirak edənlərin təkcə 14.6%-i müsəlmanlardan ehtiyatlandıqlarını bildiriblər.
 
Maide.az xəbər verir ki, Habelə müəyyən olunub ki, Demokratların 60%-i müsəlmanları adi vətəndaşlar hesab edirlər- halbu ki, rəy sorğusunda iltirak edən Respublikaçılar arasında bu rəqəm yarıyadək azalıb və 30% təşkil edir.
 
Digər tərəfdən, Respublikaçıların 64%-i hesab edirlər ki, məscidlər ciddi nəzarətdə saxlanmalıdır, halbu ki Demokratların yalnız 43% belə düşünürlər.
 
Amerika-İslam Əlaqələri Şurasının sözcüsü İbrahim Huper bununla bağlı deyib: Amerikalıların əksəriyyətinin İslama qarşı müsbət fikirdə olması məni sevindirir. Lakin digər tərəfdən, anti-İslam baxışlarına sahib olan azlıqlar isə məni narahat edir.
 
Qeyd edək ki, ABŞ-da 2016-cı ildə keçiriləcək növbəti prezidentliyə namizədlərdən olan Respublikaçı Donald Tramp seçkilərdə qələbə çalacağı təqdirdə ölkədəki məscidləri bağlayacağı ilə bağlı verdiyi bəyanat kəskin tənqid olunub.
 
O həmçinin söz verib ki, Ağ Evin yeni sahibi olacağı təqdirdə, ölkə müsəlmanları üçün xüsusi təhlükəsizlik və kəşfiyyat məlumatları bazası yaradacaq./
 

Google+ WhatsApp ok.ru