`Reuters`: Myanmada təxminən 90 min müsəlman hökumətin zorakılığından qaçmaq məcburiyyətindədir

`Reuters`: Myanmada təxminən 90 min müsəlman hökumətin zorakılığından qaçmaq məcburiyyətindədir

"Reuters" agentliyi Myanmanın rohinya müsəlman azlığından olan təxminən 90 000 sakininin hökumətin zorakılığından qaçmaq məcburiyyətində olduğunu, onların qonşu Banqladeşə qaçdıqlarını bildirib.
 
Myanmadakı zorakılığa görə qaçqın düşmüş yüzminlərlə insana humanitar yardım göndərilir.
 
Agentlik Myanmada ən azı 400 insanın öldürüldüyünü bildirib.
 
BMT-nin hesabatına görə, bu ilin oktyabrından bəri rohinya müsəlman azlığından olan 150 000 nəfər Banqladeşdə sığınacaq axtarıb.
 
Dörd gün əvvəl Myanmadan qaçan 25 yaşlı Məhəmməd Hüseyn ev tikmək istədiklərini, lakin orada kifayət qədər yer olmadığını bildirib: "Heç bir hökumət rəsmisi bizimlə maraqlanmayıb. Bizim yeməyimiz yoxdur, bəzi qadınlar elə yollarda doğuş həyata keçirirlər. Xəstə uşaqlara heç bir kömək göstərilmir, müalicə edilmirlər."(salamnews) 
 

Google+ WhatsApp ok.ru