Reuters: Səudiyyə koalisiyası Yəmənin Hudeydə şəhərinə hücumları dayandırdı

Reuters: Səudiyyə koalisiyası Yəmənin Hudeydə şəhərinə hücumları dayandırdı

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalasiya qüvvələri Yəmənin Hudeydə şəhərindəki hücumları dayandırıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Maide.Az "alalam"a istinadla xəbər verir ki, agentlik mövzu ilə bağlı üç mənbəyə istinadən məlumat yayıb ki, koalisiya qüvvələri Yəmənin əsas liman şəhəri olan Hudeydədəki qüvvələrinə hərbi əməliyyatları dayandırmaq əmri verib.
 
Qeyd edək ki, uzun müddətdir davam edən aramsız hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla yüzlərlə dinc sakin öldürülüb, yaralılar var.
 
Liman şəhərinə hücumun əsas səbəbi kimi humanitar yardım gətirən gəmilərdən ərzaq və dərman vasitələrinin sakinlərə çatmasının qarşısını almaq olub. Yəmən mənbələri bildirir ki, əsasən limandan yük daşıyan maşınlar hədəf alınıb. Həmçinin yardım gözləyən insanların kütləvi toplaşdığı ərazilər atəşə tutulub.
 
Xatırladaq ki, ABŞ-ın dəstəyi ilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın 2015-ci ildən  bəri davam etdirdiyi hücumlarda minlərlə yəmənli həyatını itirmiş, Hudeydə limanındakı mühasirə isə əhalinin aclıqla üzləşməsinə səbəb olmuşdu.

Google+ WhatsApp ok.ru