Reuters: İslam Kərimov öldü - YENİLƏNİB

Reuters: İslam Kərimov öldü - YENİLƏNİB

Bu dəqiqələrdə Reuters agentliyi Özbəkistan prezidenti İslam Kərimovun öldüyü haqda xəbər yayıb.
 
Xəbərdə üç ayrı diplomatik mənbəyə istinad edilir. Kərimovun nə zaman öldüyü haqda məlumat verilmir.
 
Maide.Az xəbər verir ki, 78 yaşlı prezidentin halı şənbə günü pisləşmiş və o xəstəxanaya aparılmışdı, lakin onun sağlamlıq durumunun son 24 saatda kəskin pisləşdiyi bildirilir. Hökumət cümə günü səhər prezident İslam Kərimovun vəziyyətinin "kritik" olduğunu açıqlayıb.
 
Qeyd edək ki, Qazaxıstan hökumətinə yaxın mənbə bildirib ki, bu ölkənin prezidenti Nursultan Nazarbayev İ.Kərimovun ölümü ilə əlaqədar Çin səfərini yarımçıq kəsərək şənbə günü Özbəkistana səfər edəcək.
 
 
*   *   *08:47
 
Bu gün Özbəkistan hökuməti rəsmən prezident İslam Kərimovun vəziyyətinin “kritik olduğunu” açıqlayıb. Rəsmi məlumatda prezidentin hələ sağ olduğu göstərilsə də qeyri-rəsmi mənbələr onun hələ avqustun 29-da vəfat etdiyini bildirirlər. İslam Kərimovun öldüyü haqda xəbəri birinci yayan “Ferqana.ru” portalı isə artıq onun doğma şəhəri Səmərqənddə məzar hazırlıqlarının getdiyini xəbər verib, müvafiq fotolar yayıb.
 

Google+ WhatsApp ok.ru