RF Prezidenti Vladimir Putini ağır mətbuat konfransı gözləyir

Bir neçə saatdan sonra Rusiyanın paytaxtı Moskva şəhərindəki Beynəlxalq Ticarət Mərkəzində Prezident Vladimir Putinin böyük mətbuat konfransı başlayacaq.
 
Maide.az xəbər verir ki, mətbuat konfransında Rusiyanı və xarici ölkələri təmsil edən 1200-dən çox jurnalistin iştirakı gözlənilir. Bu V.Putinin sayca onuncu mətbuat konfransıdır. Tədbirin müddəti məhdudiyyətsizdir. İndiyədək Rusiya Prezidentinin ən uzun sürən mətbuat konfransı 2008-ci ildə keçirilib və 5 saat ərzində 106 sual cavablandırılıb.
 
RF Prezidentinin mətbuat katibi Dimitri Peskov hazırkı konfransda sualların əksəriyyətinin maliyyə məsələlərinə və beynəlxalq mövzulara aid olacağını ehtimal edir.

Google+ WhatsApp ok.ru