Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 310-a çatıb

Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 310-a çatıb

Şri-Lankanın paytaxtı Kolomboda və Neqombo şəhərində 3 kilsə və 3 hoteldə, ardınca isə digər iki məkanda törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 310-a çatıb.
 
Təxminən 500 nəfər yaralı var.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, bu gecədən etibarən ölkədə fövqəladə vəziyyətin tətbiqinə başlanılıb. Aprelin 21-dən isə komendant saatı qüvvədədir.
 
Hadisə ilə bağlı 40 nəfərin saxlanıldığı bildirilir. Hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməsə də, hakimiyyət orqanları hücumlarda “Tövhid camaatı” qruplaşmasını ittiham edib.

Google+ WhatsApp ok.ru