Şri-Lankada yenə PARTLAYIŞ oldu

Şri-Lankada yenə PARTLAYIŞ oldu

Səhər saatlarında Şri-Lankanın paytaxtı Kolombonun 40 kilometrliyində Puqoda rayonunda partlayış baş verib.
 
Maide.Az "Trend"-ə istinadən xəbər verir ki, ölən və yaralananlar barədə hələ məlumat yoxdur.
 
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, ərazi nəzarətə götürülüb.
 
Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.
 
Xəsarət alanların sayı isə 480 nəfər təşkil edir.
 

Google+ WhatsApp ok.ru