Şri Lankada güclü leysan, sel və daşqınlar - FOTO

Şri Lankada son bir neçə gün ərzində yağan leysan yağışlar nəticəsində ölkə paytaxtında 200 min sakinin  evlərindən didərgin düşdüyü bildirilir. 
 
Maide.Az xəbər verir ki,  bu gün (cümə günü) də davam edən leysan yağışları təcrübə edən sakinlər qayıqlarla küçələrə çıxıblar. 
 
Bildirilir ki, bazar günündən yağan leysan yağışlar Şri Lankada  son bir əsrin ən güclü leysan yağışlarıdır. 
 
Leysan yağışları nəticəsində sel, daşqın və torpaq sürüşmələri baş verib.  Sürüşmə nəticəsində çox sayda insanın həlak olduğu bildirilir.  İndiyədək 60 nəfərdən çox insan həlak olduğu deyilir və ölənlərin sayının artacağı istisna olunmur.    
 
Şri Lanka ordusu  qayıq və vertolyotlarla insanları evlərindən boşaldır.  İndiyədək 200 min nəfərin didərgin düşdüyü və 400 min nəfərin hökumət sığınacaqlarında yer aldığı bildirilir. 
144  nəfər ki, onlardan 33 nəfəri uşaqlardır itgin düşüb. 
 
 
 
 

Google+ WhatsApp ok.ru