Şri Lankada ölənlərin sayı 300-ə yaxınlaşır

Şri Lankada ölənlərin sayı 300-ə yaxınlaşır

Şri Lanka polisi bildirir ki, Pasxa bayramı zamanı müxtəlif yerlərdə törədilmiş partlayışlarda ölənlərin sayı 290-ı keçib, 500 nəfər xəsarət alıb.
 
Aprelin 21-də baş vermiş partlayışlarla əlaqədar 13 nəfər saxlanıb.
 
Dünən paytaxt Kolombo və ətrafındakı kilsələrdə, dəbdəbəli otellər və başqa məkanlarda üst-üstə 9 partlayış törədilib. Bu, ölkədə vətəndaş müharibəsi on il öncə bitəndən bəri ən pis zorakılıq hadisəsidir.
 
Hələlik, partlayışlara görə məsuliyyəti götürən olmayıb. Müdafiə naziri Ruwan Wijewardena partlayışları dini ekstremistlərin terror hücumu adlandırıb. Onun sözlərinə görə, hücumları çoxu intiharçı partlayışlarıdır.
 
Baş nazir Ranil Wickremesinghe deyib ki, hücumları törədənlərin beynəlxalq terrorçuluqla bağlı olub-olmadığını aydınlaşdırmaqdan ötrü xaricdən dəstək istəyəcək. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru