İri tonajlı yük avtomobili qəza törətdi - TIXAC YARANDI

İri tonajlı yük avtomobili qəza törətdi - TIXAC YARANDI

Səhər saatlarında paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.
 
Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Heydər Əliyev, Şah İsmayıl Xətai prospektləri ilə Yusif Səfərov küçəsinin kəsişməsində iri tonajlı yük avtomobili qəza törədib. Bu səbəbdən hazırda Heydər Əliyev prospektində şəhər istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
 
Həmin istiqamətdə hərəkətdə olan sürücülərin bunu nəzərə almaları xahiş olunur.
 

Google+ WhatsApp ok.ru