Robotlar insanları bu cür işsiz qoyacaq - Yeni Nəsil Robot

"Google" nəzdində fəaliyyət göstərən “Boston Dynamics” firması hazırladığı insanabənzər robotun yeni görüntülərini nümayiş etdirib. Alüminium, polad və titandan hazırlanan "Atlas", elektriklə işləyir və hidravlik güclə hərəkət edir. Onun təbiətdə sərbəst hərəkəti xeyli marağa səbəb olub.

Təbiətdə gəzir, yük daşıyır, hədəfdən yayınmır.
 
"Google" nəzdində fəaliyyət göstərən “Boston Dynamics” firması hazırladığı insanabənzər robotun yeni görüntülərini nümayiş etdirib.
 
Sosial şəbəkələrdə böyük marağa səbəb olan videoda "Atlas" adı verilən smart robotun təbiətdə, qarın üstündə  addımlaması öz əksini tapıb.
 
Qapalı ərazidə də sərbəst fəaliyyət göstərən yeni nəsil robotlar yük qaldıra bilir, hətta itələməyə qarşı müqavimət də göstərir.
 
Alüminium, polad və titandan hazırlanan "Atlas", elektriklə işləyir və hidravlik güclə hərəkət edir. "Bostan Daynamics" şirkətinin rəsmilərinin sözlərinə görə, robotun yaxın günlərdə həyatın əhəmiyyətli bir hissəsinə çevriləcəyi nəzərdə tutulub. xezerxeber/
 

Google+ WhatsApp ok.ru