Robotların modullu layihələndirilməsi üçün proqram hazırlanıb - VİDEO

Robotların modullu layihələndirilməsi üçün proqram hazırlanıb - VİDEO

ABŞ-ın Karnegi-Mellon Universitetinin əməkdaşları robotların modullu layihələndirilməsi üçün proqram təminatı hazırlayıb. Məlumat bazasında mövcud modullardan addımlayan və ya təkərli robot modelləri yaratmağa imkan verən proqram sayəsində layihələndirmə prosesini dəfələrlə sadələşdirmək mümkün olacaq.  
 
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, layihə müəlliflərinin sözlərinə görə, robotların yaradılması texnologiyaların sürətli inkişafına baxmayaraq yetərincə mürəkkəb vəzifə olaraq qalır. “Məsələn, mühəndislər kütlənin paylanmasını, robotun ayrı-ayrı hissələrinin təsirini, eləcə də çoxsaylı mürəkkəb materialların sayının hesablanmasını aparmalı olur. Burada buraxılan kiçik səhv isə kifayət qədər mənfi nəticələrə səbəb olur. Biz robotlaşdırılmış mexanizmlərin layihələndirilməsi prosesini sadələşdirmək qərarına gələrək bunun üçün xüsusi proqram təminatı yaratdıq”, - mütəxəssislər bildirib.  
 
ABŞ alimlərinin ərsəyə gətirdiyi proqramdan istifadə çox sadədir. İntellektual alqoritmlər detalların bir-birinə uyğunlaşdırılması ilə bağlı bütün çətin işləri görür, istifadəçi isə yalnız robotun hansı modullardan ibarət olmasını seçir. /

Google+ WhatsApp ok.ru