Rohingiya qaçqınları adaya sürgün edilib

Rohingiya qaçqınları adaya sürgün edilib

Bildirilir ki, Banqladeş rəhbərliyi koronavirus epidemiyası bəhanəsi ilə düşərgələrdəki Rohingiya müsəlman qaçqınları dəhşətli bir adaya sürgün edib.
 
Maide.Az xəbər verir ki, bu barədə "France 24" televiziyası xəbər verib.
 
Qeyd edilir ki, Benqal körfəzində yerləşən sözügedən ada ilin bəzi fəsillərində su altında qalır.
 
Düşərgədə qalan qaçqınların koronavirus epidemiyasına həssas olduqları qeyd olunur. Çünki Rohingiya müsəlmanları Banqladeşdəki düşərgələrdə tibbi xidmətlərdən məhrumdurlar.
 
Ümumilikdə 100 min Rohinciya müsəlmanı adaya köçürüləcək.  Hazırda onlar Koks Bazar şəhərində yerləşirlər.
 
İnsan hüquqları müdafiəçiləri Banqladeş hakimiyyətinin qərarından narahat olduqlarını bildiriblər.
 
Bhasan Çar adası dəfələrlə su altında qalıb. Həmçinin, ərazi uzaqdadır.
 

 

Google+ WhatsApp ok.ru