Rohingya müsəlmanlarının əzab-əziyyətinə dünya səssiz qalır - VİDEO

Maide.az PressTV-yə istinadən xəbər verir ki, Kəşmirin Jammu bölgəsində yerləşdirilmiş Rohingya müsəlman qaçqınları soyuqdan əziyyət çəkirlər. Onların çəkdikləri bu zülmlər dəfələrlə işıqlandırılmasına baxmayaraq, dünya ictimaiyyəti Rohingya müsəlmanlarının əzab-əziyyətinin azaldılması istiqamtəində heç bir iş görmür.

BMT İnsan Hüquqları Şurası ötən il Təşkilata üzv ölkələrdə insan hüquqlarının vəziyyətinin araşdırılmasına həsr olunan Ümumdünya dövrü baxış zamanı Myanmarda müsəlmanlara vətəndaşlıq statusunun verilməsinə çağırmışdı.

Myanmar höküməti bu baxışın tövsiyyələrinin yarıdan çoxunu, xüsusilə də Rohingya müsəlmanlarının vətəndaşlıq və siyasi hüquqlarına dair bəndləri rədd etmişdi.
 
Myanmar rəsmiləri 1.300.000 min nəfərdən artıq olan Rohingya müsəlman cəmiyyətinin əhəmiyyətli bir hissəsini Benqal və qonşu Banqladeşdən gələn qeyri-qanuni miqrantlar hesab edir.
Məlumat üçün bildirək ki, Myanmar hökuməti 1982-ci ildə Arakan müsəlmanlarının vətəndaşlıqlarını əlllərindən alıb və hazırda onlar dövlətsiz hesab edilir. Myanmarda müsəlmanlar təhqir edilir, döyülür və öldürülürlər. Canını qurtarmaq istəyən müsəlmanlar qonşu ölkələrə qaçırlar. 
 

 

Google+ WhatsApp ok.ru