Roma papası Myanmara səfəri edib - VİDEO

Roma papası Myanmara səfəri edib - VİDEO

-- Papa Banqladeşdə Arakanlı müsəlmanlarla da görücək

Roma papası Fransis, Arakanlı müsəlmanların yaşadığı Myanmar və Banqladeş səfər edib. Papa, Myanmar səfərində ölkənin lideri Aung San Suu Kyi, hərbi rəsmilər və Buddist rahiblərlə görüşəcək. 
 
O, daha sonra Banqladeşə gedərək paytaxt Dakkada Arakanlı müsəlmanlardan ibarət heyət və banqladeşli siyasi və dini liderlərlə görüşlər keçirəcək. Roma papasının iki ölkəyə səfəri dekabrın 2-də başa çatacaq.
 
Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.(faktxeber)
 

Google+ WhatsApp ok.ru