Roma şəhər divarlarında “İsraili baykot edək” bəyannamələri - FOTO

 Sionist rejimin Qəzzadakı cinayətləri və bu cinayətlərə Qərb ölkələrinin və KİV-lərinin mənalı sükutu davam edir. Lakin Azadlıq sevər insanlar dünyanın müxtəlif ölkələrində sionistlərin hücumlarına öz etirazlarını müxtəlif vasitələrlə davam etdirir.
Maide.az-ın Abna-ya istinadən məlumatına görə, İtalyanın paytaxtı Romada Fələstin xalqına dəstək və sionist rejiminin cinayətlərinə etiraz əlaməti olaraq divarlara “İsraili baykot edək” başlıqlı bəyannamə yapışdırılıb.  Bəyannamələr Roma şəhərində Yəhudilərin ticarət mərkəzlərinin yaxınlığında divarlara yapışdırılıb.  Bəyannamələrdə İtalyanın paytaxt sakinlərindən istənilib ki, sionist rejimi istehsalı olan məhsulları baykot etsinlər. Bəyannamədə həmçinin yəhudilərin Roma şəhərində 50-yə yaxın satış mərkəzlərinin adları və ünvanları qeyd olunub və əhalidən istənilib ki, bu satış mərkəzlərindən alış-veriş edilməsin. İşğalçı israilə zidd olan bəyannamələr Roma bələdiyyəsi tərəfindən təcili yığışdırılıb. /



 

Google+ WhatsApp ok.ru